92.The Night

  1. And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə
  2. And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə
  3. And olsun kişini və qadını yaradana
  4. Sizin can atdıqlarınız başqa-başqadır
  5. Kim haqqını verir və Allahdan qorxursa
  6. və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə
  7. Biz onu ən asan olana nail edəcəyik
  8. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə
  9. və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə
  10. Biz onun üstünə ən çətin olanı yükləyəcəyik
  11. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək
  12. Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir
  13. Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir
  14. Mən sizi alov saçan bir odla qorxutdum
  15. Ona ancaq ən bədbəxt kimsə girər
  16. O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir
  17. Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar
  18. O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir
  19. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz
  20. O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər
  21. O, mütləq razı qalacaqdır