90.The City

  1. And içirəm bu şəhərə (Məkkəyə)
  2. Sən də o şəhərin sakinisən
  3. And olsun valideynə və onun törəməsinə
  4. Biz insanı çətinlik içində xəlq etdik
  5. O, heç kəsin ona gücü çatmayacağınımı güman edir
  6. O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
  7. O, heç kəsin onu görməyəcəyinimi zənn edir
  8. Məgər ona iki gözü Biz verməmişikmi
  9. Bir dillə iki dodaq verməmişikmi
  10. Onu iki yoxuşlu yola yönəltmədikmi
  11. O isə sərt yoxuşu aşmağa can atmadı
  12. Sən nə bilirsən ki, sərt yoxuş nədir
  13. O, bir kölə azad etməkdir
  14. və ya aclıq günündə möhtaca yemək verməkdir –
  15. qohumluq əlaqəsi çatan bir yetimə
  16. yaxud aclıqdan yerə uzanmış kasıba
  17. Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır
  18. Onlar sağ tərəf sahibləridir
  19. Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir
  20. Od onların üzərində qapanacaqdır