89.The Dawn

  1. And olsun dan yerinə
  2. And olsun on gecəyə
  3. And olsun cütə və təkə
  4. And olsun keçib getməkdə olan gecəyə
  5. Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi
  6. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə
  7. sütunlar sahibi İrəm qəbiləsinə –
  8. halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi
  9. Habelə vadidə qayaları yonan Səmud qövmünə
  10. Eləcə də sütunlar sahibi Firona
  11. Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış
  12. çoxlu fitnə-fəsad törətmişdilər
  13. Rəbbin də onları əzabla qamçıladı
  14. Həqiqətən, sənin Rəbbin nəzarət edir
  15. İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər
  16. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər
  17. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz
  18. kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz
  19. mirası hərisliklə yeyirsiniz
  20. var-dövləti də hərisliklə sevirsiniz
  21. Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq
  22. sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
  23. və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası
  24. O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”– deyəcəkdir
  25. O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz
  26. və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz
  27. O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs
  28. Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön
  29. Mənim qullarımın cərgəsinə keç
  30. Cənnətimə daxil ol