88.The Overwhelming

  1. Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı
  2. O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək
  3. üzülüb əldən düşəcək
  4. çox qızmar oda girəcək
  5. qaynar çeşmədən içirdiləcəkdir
  6. Onlara daridən başqa bir yemək verilməyəcəkdir
  7. O onları nə doydurar, nə də aclıqdan xilas edər
  8. O gün neçəsinin üzündə fərəh görünəcək
  9. dünyadakı səylərindən məmnun qalacaq
  10. uca Cənnətdə olacaq
  11. orada faydasız söz eşitməyəcəkdir
  12. Orada axar çeşmələr vardır
  13. Orada hündür taxtlar
  14. düzülmüş piyalələr
  15. yan-yana qoyulmuş yastıqlar
  16. və döşəmələrə sərilmiş xalçalar vardır
  17. Məgər onlar dəvənin necə yaradıldığını görmürlər
  18. Göyün necə yüksəldiyini görmürlər
  19. Dağların necə sancıldığını görmürlər
  20. Yerin necə döşədildiyini görmürlər
  21. Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən
  22. Sən onların üstündə hökmdar deyilsən
  23. Lakin üz döndərib küfr edəni
  24. Allah ən şiddətli əzabla cəzalandırar
  25. Şübhəsiz ki, onların dönüşü Bizədir
  26. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir