85.The Constellations

  1. And olsun bürclü göyə
  2. And olsun vədə verilmiş günə
  3. And olsun şahidlik edənə və edilənə
  4. Məhv olsun xəndək kənarında yığışanlar
  5. Odunla alışdırılmış xəndək
  6. Onlar o xəndəyin qırağında oturub
  7. möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər
  8. Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar
  9. Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir
  10. O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır
  11. Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir
  12. Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir
  13. Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir
  14. Bağışlayan da, Sevən də Odur
  15. Ərşin sahibidir, Şan-şöhrətlidir
  16. İstədiyini edəndir
  17. Qoşunlar haqqında əhvalat sənə çatıbmı
  18. Firon və Səmud qoşunlarının
  19. Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar
  20. Allah onları arxadan əhatə etmişdir
  21. Bəli, bu şanlı Qurandır
  22. O, mühafizə edilən lövhədədir