84.The Splitting Open

  1. Göy yarılacağı
  2. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman
  3. Yer dümdüz ediləcəyi
  4. içindəkiləri kənara atıb boşalacağı
  5. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman
  6. Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan
  7. Kimin kitabı sağ əlinə veriləcəksə
  8. o, yüngül sorğu-suala tutulacaq
  9. və sevincək öz ailəsinə qayıdacaqdır
  10. Kimin kitabı arxa tərəfindən veriləcəksə
  11. o özünə ölüm diləyəcək
  12. və alovlu oda atılacaqdır
  13. Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi
  14. və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır
  15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü
  16. And içirəm şəfəqə
  17. gecəyə və onun ağuşuna aldıqlarına
  18. bədirlənmiş on dörd gecəlik aya
  19. Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz
  20. Onlara nə olub ki, iman gətirmirlər
  21. və onlara Quran oxunduqda səcdə etmirlər
  22. Əksinə, küfr edənlər haqqı yalan sayırlar
  23. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir
  24. Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ
  25. iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır