82.The Cleaving

  1. Göy parçalanacağı zaman
  2. ulduzlar səpələnəcəyi zaman
  3. dənizlər daşıb bir-birinə qarışacağı zaman
  4. qəbirlər çevriləcəyi zaman
  5. hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir
  6. Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir
  7. O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi
  8. Səni istədiyi şəklə saldı
  9. Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz
  10. Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –
  11. çox möhtərəm, əməllərinizi yazanlar
  12. Onlar sizin nə etdiklərinizi bilirlər
  13. Həqiqətən, itaətkarlar nemət içində olacaqlar
  14. Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar
  15. Onlar ora Haqq-hesab günü girəcəklər
  16. Onlar əsla ondan yayına bilməyəcəklər
  17. Sən haradan biləydin ki, Haqq-hesab günü nədir
  18. Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir
  19. O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır